Bakının bu ərazisində işıqlar söndü, "Svetafor" işləmədi
"Qeyd olunan ərazidə elektrik enerjisinin verilişi dayandırılıdığından hazırda svetoforlar işləmir".
Bunu BAKU.WS-in sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov bildirib.
"Problemin qısa müddət ərzində həll edilməsi üçün aidiyyəti dövlət qurumuna məlumat verilib", - deyə NİİM rəsmisi vurğulayıb.
***11:22
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində işıqforun işində nasazlıq yaranıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, "Biləcəri dairəsi" yaxınlığında xarab olmuş işıqfor maşınların hərəkətində çətinliklərə səbəb olub və tıxac qeydə alınıb.
Sözügedən ərazidən kadrları təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
Qəbələdə 29 yaşlı qadın hovuzda boğularaq ölüb
Qəbələdə kirayə qalan 29 yaşlı qadın hovuzda boğularaq ölüb. BAKU.WS report-a istinadən xəbər verir ki, İmişli rayon sakini, 1997-ci il təvəllüdlü Lamiyə Nazim...