Bakıda iki maşın toqquşub, 1 nəfər ölüb, 5 nəfər yaralanıb
Bakıda iki maşının toqquşması nəticəsin 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Sabunçu rayonunda baş verib.
Belə ki, 1965-ci il təvəllüdlü Abasov Rizvan Vaqif oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobil ilə 1993-cü il təvəllüdlü Baxışzadə Təbriz Ələz oğlunun idarə etdiyi "Skoda Rapid" markalı avtomobilin toqquşması nəticəsində "Kia Rio" markalı avtomobilin sürücüsü R.Abasov hadisə yerində ölüb, həmin vaxtı yanında olan oğlu 1991-ci il təvəllüdlü Abasov Kənan Rizvan oğlu, eləcə də "Skoda Rapid" markalı avtomobilin sürücüsü T.Baxışzadə, sərnişinlər - 1986-cı il təvəllüdlü İsmayılov Rahib Sahib oğlu, 1961-ci il təvəllüdlü Əliyev Nazim Vahab oğlu, və 1995-ci il təvəllüdlü Qurbanov Qurban Saqif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sabunçu Tibb Mərkəzi PHŞ-nə yerləşdirilib.
Faktla bağlı Sabunçu RPİ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Oxşar xəbərlər
Türkiyədə aktyor evində ölü tapılıb
Türkiyənin İstanbul vilayətində məşhur aktyor Serhat Mustafa Kılıç evində ölü tapılıb. BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata...