Bakıda boya sexində baş verən yanğın söndürülüb

Bakıda boya sexində baş verən yanğın söndürülüb
Foto Video
Hadisə 677

Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsindəki boya istehsalı sexində baş vermiş yanğın mürəkkəbliyinə baxmayaraq Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin peşəkar fəaliyyəti sayəsində genişlənərək ətraf ərazilərə, o cümlədən yanğının perimetri boyu yerləşən obyektlərə keçməsinə imkan verilmədən tam söndürülüb.

Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.

***15:44

Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş verən yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

***15:00

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yerləşən boya istehsalı sexində baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***14:31

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***13:57

Nazirliyin 112 qaynar xəttinə obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.

Dərhal nazirliyin Yanğından Mühafizə Xidmətinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

***13:54

Xətai rayonu, Süleyman Əhmədov küçəsində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb ediliblər.

BAKU.WS bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, yanğın səbəbindən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.

***13.49

Bakının 8 Noyabr prospekti yaxınlığında güclü yanğın başlayıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Yanğının tam olaraq harada qeydə alındığı bilinmir, lakin miqyası olduqca genişdir.

Son xəbərlər