Bakıda güclü külək dam örtüyünü uçurtdu - Evlərə və maşınlara ziyan dəydi
Sabunçu rayonu, Balaxanı qəsəbəsində güclü külək evin damını uçuraraq yaxınlıqdakı evlərin və maşınların üzərinə atıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə qəsəbənin Səməd Mənsur küçəsində, Balaxanı qəbristanlığının yaxınlığında baş verib.
Belə ki, güclü külək böyük evin dam örtüyünü yerindən qoparıb. Uçan dam örtüyü yaxınlıqda yerləşən iki evin, həmçinin 2 maşının üzərinə düşüb. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin evlərə və maşınların birinə ciddi ziyan dəyib.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidməti məlumatına görə, iyunun 3-də Azərbaycan ərazisində güclü şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Qarpız almağa gəldi, satıcının "iPhone" markalı telefonunu oğurladı
Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 1054 ünvanında səyyar meyvə-tərəvəz satışı ilə məşğul olan şəxsin "iPhone 16 Pro" markalı telefonu oğurlanıb. BAKU.WS "Q...