Bakıda dərsdən qaçmaq istəyən uşaq ŞOK ÜSULA ƏL ATDI
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən Cəmil Niftəliyev adına 233 saylı məktəbdə hadisə baş verib.
BAKU.WS konkret.az-a istinadla xəbər verir ki, məktəbin 8-ci sinif şagirdi dərs vaxtı məktəbdən yayınmaq istəyərkən ikinci mərtəbədən tullanıb. Nəticədə o, müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisədən dərhal sonra şagirdə ilkin tibbi yardım göstərilib və vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri və təfərrüatı hələlik açıqlanmayıb.
Qeyd edək ki, məktəbin direktoru Gülər Bəbirovadır. Təlim-tərbiyə işləri üzrə direktor müavinləri - Azər Allahverdiyev, Vüqar Ağamirzəyev və Şəbnəm Xəlilova hadisə vaxtı məktəbdə olmayıblar. Dərs vaxtı fənn müəlliminin otaqda olmadığı bildirilir.
Oxşar xəbərlər
Bakıda avtomobilə hücum edən qadın barədə DİN-dən AÇIQLAMA
Bakıda Hövsan qəsəbəsində avtomobilə hücum çəkən qadın polis şöbsinə çağırılaraq, barəsində protokol tərtib edilib. Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətini...