Bakıda çimərlikdə faciə: 8 yaşlı uşağı xilas etmək istəyən kişi özü də boğuldu
29
iyl
2025
10:54
Bakıda çimərlikdə daha iki nəfər boğulub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisindəki ictimai çimərlikdə baş verib.
İmişli rayon sakini 2017-ci il təvəllüdlü Arif Aqil oğlu Rüstəmov dənizdə boğulmağa başlayıb. Həmin vaxt çimərlikdə olan Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Rüfət Adil oğlu Cabbarov 8 yaşlı uşağın boğulduğunu görüb onu xilas etmək üçün dənizə girib. A.Rüstəmovu xilas edə bilməyən R.Cabbarov özü də boğulub.
Hər iki şəxsin meyiti dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da polis əməkdaşlarının keçir...