Bakıda bu yolda işıqforların heç biri işləmir - ŞİKAYƏT
Bakının Səbail rayonu, Badandar qəsəbəsi ərazisində işıqforlar işləmir.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, qəsəbənin 1-ci massiv adlanan ərazisində nəqliyyatın hərəkətini tənzimləmək üçün quraşdırılmış 4 işıqfor fəaliyyət göstərmir. Bu da həmin yoldan istifadə edən sürücülər və piyadalar üçün xeyli çətinlik yaradıb.
"Ərazidə 4 işıqforun heç biri işləmir. Maşınlar necə gəldi hərəkət edir. Piyada zolağı olmadığı üçün piyadalar yolu keçməkdə çətinlik çəkir. Qorxuruq ki qəza olar", - deyə şikayətçi vurğulayıb.
Sözügedən ərazidən kadrları təqdim edirik:
Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən BAKU.WS-ə bildirilib ki, qeyd olunan yolda kabel-kommunikasiya xətlərinin yenilənməsi üçün yolda qazıntı işləri aparılmalıdır və bu məqsədlə bir müddət əvvəl aidiyyəti dövlət qurumuna rəsmi müraciət olunub. Razılıq verilərsə, yolda xətlərin yenilənməsi işlərinə başlanılacaq.
Oxşar xəbərlər
Biləsuvarda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub
Biləsuvar rayonunda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub. BAKU.WS report-a istindən xəbər verir ki, İdarə etdiyi "Mercedes" markalı n...