"BakuBus" sürücüsü avtobusu dəmir maneəyə çırpıb - Şüşəsi qırılıb
"BakuBus" MMC-nin istismarında olan 49 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində ötən gün yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"BakuBus" MMC-dən BAKU.WS-ə verilən məlumata görə, marşrutun son dayanacağı olan Mehdi Hüseynzadə küçəsində, sürücü sonuncu dayanacaqda avtobusu park edərkən ehtiyatsızlıqdan nəqliyyat vasitəsi dəmir maneəyə dəyib, nəticədə avtobusun ön hissəsi zədələnib.
Bu zaman avtobusda sərnişin olmayıb. Sürücü dərhal Monitorinq Mərkəzinə məlumat verib və avtobus xəttdən çıxarılaraq depoya yönləndirilib. Qeyd olunan hal üzrə operativ tədbir görülüb, sürücü təkrar təlimə cəlb edilib.
***
Paytaxtda "BakuBus" MMC-yə məxsus avtobuslardan biri qəza keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Hadisənin Qaradağ rayonu ərazisində baş verdiyi bildirilib.
Bildirilir ki, avtobus yol-nəqliyyat qəzasına düşüb və nəticədə qapısının şüşəsi qırılıb.
Oxşar xəbərlər
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində prokurorlar çıxışa başlayıb
Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən t...