Bakıda azyaşlıya qarşı soyğunçuluq edib qaçmaqda ittiham olunan kişi saxlanılıb - ANBAAN VİDEO
01
avq
2025
12:07
Nəsimi rayonu ərazisində yerləşən evlərdən birinin qarşısında soyğunçuluq hadisəsi baş verib. Naməlum şəxs azyaşlının mobil telefonunu soyğunçuluq yolu ilə talayaraq hadisə yerindən qaçıb.
BAKU.WS-in məlumatına görə, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı Ceyhun Hadıyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı həmin şəxs barəsində Cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Ağdamda traktor minaya düşüb
Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumat...