Bakıda avtomobili qəsdən yandıran şəxslər ƏLƏ KEÇDİ
Sabunçu rayonunda nəqliyyat vasitəsini qəsdən yandıran şəxslər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, iyulun 27-də Sabunçu rayonu ərazisində paytaxt sakininə məxsus "VAZ-2109" markalı avtomobilin yanması barədə polisə məlumat daxil olub.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobilin qəsdən yandırılması müəyyən olunub. Həmin əməli törətməkdə şübhəli bilinən Məmməd Cabarov və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Ruslan Xəmmədov saxlanılıblar.
Onlar ifadələrində nəqliyyat vasitəsini qaçırmaq istədiklərini, lakin niyyətlərinin baş tutmadığını görüb, avtomobili qəsdən yandırdıqlarını bildiriblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 16-da polis əməkdaşlarının keçir...