Bakıda avtobusda yaşanan insidentlə bağlı AÇIQLAMA - ANBAAN GÖRÜNTÜ

"Bakubus" MMC "Koroğlu" stansiyası yaxınlığında 172 nömrəli marşrut avtobusunda baş verən insidentlə bağlı açıqlama yayıb.
BAKU.WS xəbər verir ki, açıqlamada insidentə səbəb olan şəxslər nəzarət altına alınaraq avtobusdan uzaqlaşdırıldığı qeyd edilib:
"Ötən gün , saat 17:30 radələrində "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində "BakuBus" MMC-nin istismarında olan, 172 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, 99 JU 869 dövlət qeydiyyat nişanlı avtobusda sərnişinlər arasında insident baş vermişdir. Hadisənin ailədaxili münaqişə zəminində baş verdiyi müəyyən edilmişdir.Nəqliyyata vasitəsini idarə edən sürücü- Pərviz Zeynalov, hadisəyə operativ reaksiya göstərərək sərnişinlərin təhlükəsizliyini təmin etməyə çalışmış və ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat vermişdir. Polis əməkdaşları qısa müddət ərzində insidentə müdaxilə etmiş, insidentə səbəb olan şəxslər nəzarət altına alınaraq avtobusdan uzaqlaşdırılmışdır.
BAKU.WS-in əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə ictimai nəqliyyatda sərnişinlər arasında baş verən mübahisəni əks etdirən görüntülərlə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.
*** 12:07
Mayın 20-si metronun "Koroğlu" stansiyası yaxınlığında 172 nömrəli marşrut avtobusunda insident baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə bloqer Saleh Nəsirov öz sosial media hesabında paylaşım edib.
Belə ki, 99-JU-896 dövlət nömrə nişanlı 172 nömrəli marşrut avtobusuna metronun "Koroğlu" stansiyası yaxınlığında, ötən gün saat 17:30-da bir kişi daxil olaraq sərnişinə hücum edib.
Digər sərnişinlərin müdaxiləsindən sonra sözügedən şəxs avtobusdan zorla endirilib.
Oxşar xəbərlər
"Ərim məni kişilərlə otelə getməyə məcbur etdi"
Bakının Suraxanı rayonunda 1983-cü il təvəllüdlü Qəbələ rayon sakini Tahir ailə münaqişəsi zəminində həyat yoldaşı Sonaya (adlar şərti verilib – red.) işgəncə v...
