Bakıda ata və azyaşlı övladı yol qəzasında ölüb
17
fev
2025
08:59
Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, qəza paytaxtın Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Məmmədov Ramil Saleh oğlu idarə etdiyi "BYD" markalı maşınla hərəkətdə olan zaman "Jeely" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində sürücü R.Məmmədov və onun iki yaşlı qız övladı hadisə yerində ölüb.
Həyat yoldaşı isə aqonal vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Hazırda qadının vəziyyəti ağır olaraq qalır. Qəza ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Fərrux yüksəkliklərində keçirilən antiterror əməliyyatından dörd il ötür
Bu gün Azərbaycan Ordusunun Fərrux yüksəkliyində keçirdiyi antiterror əməliyyatından dörd il ötür. BAKU.WS xəbər verir ki, Fərrux əməliyyatı Xocalı rayonunun Fə...