Bakıda 62 yaşlı kişi itkin düşüb
Bakıda 62 yaşlı Xəlilov Kutais Şəkər oğlu itkin düşüb.
Bu barədə onun övladı BAKU.WS-in "qaynar xətti"nə müraciətində bildirib.
Məlumata görə, o, 21 noyabr 2025-ci il tarixində səhər saat 10 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
İtkin düşdükdən sonra onun Suraxanı, Xətai, NZS, Neftçilər və Sövetiki adlanan ərazilərdə görüldüyü bildirilir. Qeyd olunur ki, Xəlilov Kutais Şəkər oğlu Birinci Qarabağ müharibəsinin iştirakçısıdır və hərbçi kimi xidmət edib.
Hadisə ilə bağlı yaxınları tərəfindən polisə məlumat verilib.
İtkini görən və ya yerini bilən şəxslərdən hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.
Qalereya
Oxşar xəbərlər
Şüvəlanda dənizdə batan şəxsin meyiti tapılıb
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə batan şəxsin meyiti tapılıb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildiril...