"Neomotors" MMC-nin rəhbərliyindən açıqlama

Neomotors MMC-nin rəhbərliyindən açıqlama
Hadisə 283

Bakıda vətəndaşların 10 milyon dollardan artıq pulunu mənimsəməklə gündəmə gələn çinli biznesmenin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.

BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, Suraxanı rayonunun Hövsan Südçülük sovxozunda qeydiyyatda olan 1991-ci il təvəllüdlü Vanq Tianbao (Wang Tianbao) barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib.

Məhkəmədə məlum olub ki, Azərbaycanda Çin avtomobillərin satışını həyata keçirən Vanq Tianbaonun rəhbərlik etdiyi şirkətin idarəyə ümumilikdə 753 560.02 manat vergi borcu yaranıb.

Məhkəmə idarənin iddiasını təmin edərək, çinli biznesmenin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Qeyd edək ki, adı "Neomotors" MMC ilə iş birliyində hallanan Vanq Tianbao 27 noyabr 2024-cü ildə Bakıda onlarla vətəndaşı avtomobillə təmin edəcəyini vəd edərək 10 milyon dollarından artıq pulu mənimsəməkdə ittiham olunaraq saxlanılmışdı.

"Neomotors" MMC məsələ ilə bağlı açıqlama verib. Açıqlamada bildirilir ki, məqalədə adıçəkilən şəxs şirkətin əməkdaşı, nümayəndəsi, tərəfdaşı və hər hansı digər formada aidiyyəti olan şəxs deyil. Çin mənşəli həmin hüquqpozan 2024-cü ildə özünün maliyyə-dələduzluq maxinasiyalarından birini həyata keçirmək məqsədilə şirkətdən istifadə edib: "Onun hüquqazidd fəaliyyəti ilə heç bir əlaqəmiz yoxdur və statusumuz həmin şəxsin dələduzluq əməliyyatlarından zərərçəkmiş tərəf kimi müəyyən edilir".

Son xəbərlər