Bakıda şagird bir qrup məktəbli tərəfindən döyüldü - ANBAAN VİDEO

Bakıda şagird bir qrup məktəbli tərəfindən döyüldü - ANBAAN VİDEO
Video
Hadisə 2226

"Şagirdə qarşı məktəbdənkənar ərazidə fiziki təzyiqlə bağlı yayılmış görüntülər araşdırılır".

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.

"Araşdırma aparıldığını nəzərə alaraq ictimaiyyətdən məsələyə daha həssas yanaşmalarını, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad etmələrini xahiş edirik.

Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır", - deyə məlumatda qeyd edilib.

***15.32

Bakıda şagirdin bir qrup məktəbli tərəfindən döyülməsi hadisəsi ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

"Bir qrup yeniyetmə arasında insidenti əks etdirən görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır",-deyə DİN rəsmisi əlavə edib.

***15:29

Bakıda şagird bir qrup məktəbli tərəfindən döyülüb.

Bu barədə görüntü BAKU.WS-in "qaynar xətti"nə göndərilib.

Hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

Bir qrup məktəbli əlbir olaraq digər şagirdə qarşı zorakılıq nümayiş etdirib.

Hadisənin təfərrüatı bilinmir.

Orxan Hüseyn

Oxşar xəbərlər

Yasamalda yanğın səbəbilə KTM-ə hospitalizasiya olunanların VƏZİYYƏTİ

Yasamalda yanğın səbəbilə KTM-ə hospitalizasiya olunanların VƏZİYYƏTİ

21.11.2025-ci il tarixində Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzin Toks...

124 Hadisə 21:00 23 noyabr 2025

Son xəbərlər