Bakıda tülküyə işgəncə verildi - ŞOK VİDEOya görə gənc cəzalandırıldı (VİDEO)

24
iyn
2018
09:19
Azərbaycanda tülküyə qarşı qəddarlıq edən və bunu çəkərək sosial şəbəkələrdə paylaşan şəxs cəzalandırılıb.Tülkünün boyun nahiyyəsindən tutan gənc əvvəl onu suya salıb, daha sonra yerə yıxaraq təpikləyib. Bu zaman heyvanın halsızlıqdan tərpənə bilmədiyi görsənir.Gənclər bu görüntüləri sosial şəbəkələrdə paylaşdıqdan sonra Azərbaycan Heyvanların Mühafizəsi Cəmiyyətinin heyvan haqları üzrə inzibatçısı Fərid Mansurov aidiyyəti qurumlara müraciət edib.Nərimanov rayonu 18-ci polis bölməsinin əməkdaşlarının araşdırmaları nəticəsində tülkü ilə rəhmsiz davranaraq sosial şəbəkədə görüntüləri yayan şəxsin Bakı şəhəri sakini Akif Həsənov olduğu müəyyən edilib. O, hadisəni etiraf edərək səhvini boynuna alıb.Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanun pozucusunu inzibati xəta törətdiyinə görə 500 manat məbləğində cərimələyib və cərimənin ödənməsi təmin edilib.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS
Oxşar xəbərlər
Bakıda DƏHŞƏT — Sosial şəbəkədə tanış olduğu qadının intim şəkillərini yaydı
Qadının intim şəkillərini yayan şəxs kimdir?Yasamal Rayon Məhkəməsində qadını şantaj edərək pul tələb edən şəxsin məhkəməsi başlayıb.BAKU.WS “ölkə.az”a istinadə...
