Badamdarda gecə saatlarında tikinti aparıb sakinlərin yuxusuna haram qatdılar

Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 27 ünvanında yaşayan sakinlər ərazidə aparılan tikinti işlərindən narazıdırlar.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Şikayətçinin sözlərinə görə, gecə saatlarında həyata keçirilən tikinti işləri ərazidə böyük səs-küy yaradır və bu, sakinlərin gecə vaxtı dincəlməsinə mane olur.
Sakinlərin əsas narazılığı tikinti işlərinin gecə saatlarında davam etməsi və qanunla müəyyən edilmiş iş saatlarının pozulması ilə bağlıdır.
Məsələ ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinə sorğu ünavnladıq.
Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, sözügedən ünvanda aparılan tikinti işləri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin İcazə sənədi əsasında aparılır.
Banu Hüseynli
Oxşar xəbərlər
Daha bir yük maşını yüksək məbləğdə CƏRİMƏLƏNDİ
Çəkisi normaya uyğun olsa da vətəndaşa 1200 manat cərimə gəlib. BAKU.WS Xezerxeber.az-a istinadən xəbər verir ki, sürücü Yusif Hüseynov deyir ki, Qızıl Daş post...
