Badamdar yolunu su basdı
05
dek
2025
10:10
Ötən axşamdan başlayaraq yağan yağış Badamdar yolunda hərəkəti çətinləşdirib.
Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, yağış suları Badamdar qəsəbəsindən "20-ci sahə" adlanan əraziyə düşən yola dolub. Burada maşınlar üçün hərəkət çətinləşib, piyadalar üçün isə demək olar ki mümkünsüz olub.
Xatırladaq ki, Bakı və Abşeron yarımdasında yağışlı hava sabah səhərə qədər davam edəcək.
Ərazidən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Bakıda çoxmərtəbəli binada yanğın: Hadisə yerindən görüntülər
Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar...