Badamdar qəsəbəsinin əksər hissələrinə su gəlmir - PROBLEM
Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində dünəndən su problemi yaşanır.
BAKU.WS-in məlumatına görə, qəsəbənin su təminatını həyata keçirən əsas xətlərdən birində yaranan texniki nasazlıq səbəbindən dünəndən etibarən bölgənin böyük bir hissəsinə içməli suyun verilişi tamamilə dayandırılıb.
Hazırda ərazidə suyun bərpası ilə bağlı təmir-bərpa işləri aparılır.
Məsələ ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, qeyd olunan ünvanda içməli su xəttində qəza baş verib.
"Ötən gündən Bakı Sukanal İdarəsinin qəza briqadası tərəfindən şəbəkənin təmiri istiqamətində işlər görülür. Gün ərazində işlər yekunlaşdırılacaq, suyun verilməsi bərpa ediləcək", - deyə məlumatda bildirilib.
Hadisə yerindən kadrları təqdim edirik:
Banu Hüseynli
Oxşar xəbərlər
Narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs tutulub
Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 51 yaşlı...