Bacı-qardaş əlbir olub yaşlı qadını öldürdülər - BİRGƏ MƏLUMAT
Biləsuvar rayon İsmətli kənd sakini, 1955-ci il təvəllüdlü Almaz Cəfərovanın qəsdən öldürüldüyü müəyyən edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.
Məlumata görə, həyata keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü Qasım Həsənov və bacısı 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadənin qabaqcadan əlbir olaraq cari il noyabrın 3-də Almaz Cəfərovanı yaşadığı evdə yastıqla boğaraq qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Qasım Həsənov və Gülbəniz Həsənzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Oxşar xəbərlər
Bakıda yaşayış binasında geclü yanğın
Binəqədi rayonunda mənzil yanıb. Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər. Bildirilib ki, Ceyhun Hacıbəyli 66 ünvanında beşmərtəb...