Azərbaycanlı gənc təkbaşına bir qrup ermənilərin qarşısına tək çıxıb geri oturtdu (VİDEO)

07
sen
2017
09:35
Rusiyada azərbaycanlı gənc ermənilərin bayraq təxribatının qarşısını təkbaşına alıb. BAKU.WS-in məlumatına görə, hadisənin videosu sosial şəbəkələrdə yayılıb. Belə ki, Tver şəhərində ermənilər maşın karvanında Qarabağda fəaliyyət göstərən separatçı rejimin bayrağını nümayiş etdiriblər. Bunu görən azərbaycanlı gənc Tural Yusifov dərhal reaksiya verib. O, maşınlardan separatçı rejimin bayraqlarını çıxarmağı tələb edib. Hadisə yerində olan erməni keşiş isə deyib ki, bura Rusiyadır, Azərbaycan deyil. Bunun fərqinin olmadığını deyən Tural Yusifov isə israrla tələb edib ki, bayraqlar sökülsün. Azərbaycanlının daha da əsəbiləşdiyini görən ermənilə bayraqları sökməyə başlayıblar. BAKU.WS
Oxşar xəbərlər
Ermənilərlə insident zamanı saxlanılan azərbaycanlılar sərbəst buraxılıb
Sankt-Peterburq şəhərində 9 may Qələbə günü münasibəti ilə keçirilən "Ölməz alay" (Bessmertnıy polk) yürüşündəki insident zamanı saxlanılan azərbaycanlılar sərb...
