Azərbaycana gələn ərəb turist hovuzu murdarladı
29
iyn
2018
11:04
Şəkidə yerləşən Marxal Resort & SPA mərkəzində ərəb turist hovuza nəcis edib.BAKU.WS xəbər verir ki, bu səbəbdən o, 500 manat cərimələnib.Daha sonra Bakıya gələn turist Səudiyyə Ərəbistanın ölkəmizdəki səfirliyinə şikayət edib.“Qafqazinfo” məsələylə bağlı Marxal Resort & SPA ilə əlaqə saxlayıb. Otelin satış üzrə mütəxəssisi Günel Balayeva hadisəni təsdiqləyib. Bildirib ki, ərəb turistlər əvvəlcə cəriməni ödəmək istəməsə də, sonradan məsələ öz həllini tapıb:“Həqiqətən də belə bir hadisə olub. Turistlər otelimizdən çıxarkən onlara hovuzu çirkləndirdiyi üçün 500 manat cərimələndikləri bildirilib. Ərəb qonaqlarımız əvvəlcə buna etiraz etsə də, daha sonra cəriməni ödəyərək otelimizdən ayrılıb. Səfirliyə şikayət etdiyini bilmirdik, bizə bu haqda məlumat daxil olmayıb”.Qeyd edək ki, ölkəmizdə ərəb turistlərlə bağlı sözügedən hadisə ilk dəfə baş vermir. Regionlarda fəaliyyət göstərən digər istirahət mərkəzlərində də analoji olay yaşanıb.BAKU.WS
Oxşar xəbərlər
Bakıda ərəb turist kanalizasiya "lyuk"una düşdü - VİDEO
Bakıda qəribə hadisə baş verib.BAKU.WS-in məlumatına görə, azərbaycanlı taksi sürücüsü ərəb turistin itən telefonu tapıb. Ərəb turist bunun müqabilində sürücüyə...