Azərbaycanın xalq artisti vəfat etdi

Azərbaycanın xalq artisti vəfat etdi
Foto
Hadisə 9495

Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın xalq artisti (2005), "Qızıl dərviş" mükafatı laureatı Ağaxan Salmanlı dünyasını dəyişib.

BAKU.WS-in məlumatına görə, bu barədə Gənc Tamaşaçılar Teatrının aktyoru İlham Əsədov məlumat verib.

Aktyor 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ağaxan Əli oğlu Salmanlı 1941-ci ildə Suraxanıda anadan olub. O, ilk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb.

Allah rəhmət eləsin!

Son xəbərlər