Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub

Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub
Foto
Hadisə 40

Tovuzda qatarda yanğın olub.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Azərbaycanda Gürcüstana gedən yük qatarının bir vaqonunda Tovuz stansiyası ərazisində yanğın qeydə alınıb.

İlkin məlumata görə, yanğın 42 vaqondan ibarət yük qatarının 36-ci vaqonunda 70 ton kükürd tozunda tüstülənmə səbəbilə baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

Yanğın qısa müddətdə söndürülüb, yanğın baş vermiş və digər vaqonlar mühafizə olunub.

Hadisə yerinə digər aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər