Azərbaycanda tanınmış biznesmen həbs edildi
Azərbaycanla yanaşı, Çin, Türkiyə, Qırğızıstan kimi ölkələrdə şirkətləri olan iş adamı Rövşən Mehdiyev həbs edilib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, biznesmen dələduzluqda ittiham olunur.
"Union Logistika" yükdaşıma şirkətinin rəhbəri olan R.Mehdiyev bu şirkətlə bağlı da cinayət məsuliyyətinə cəlb edilib. Bir müddət əvvəl şirkətin xidmət öhdəliyini yerinə yetirməməsi barədə şikayətlər olmuşdu. Müştərilər deyirdilər ki, Çindən aldıqları müxtəlif növ məhsulları logistika şirkətinə təhvil versələr də, aylardır mallar gəlib çıxmır. Həmin vaxt "Union Logistika"nın nümayəndəsi yanvar ayının sonuna kimi malların sahiblərinə təhvil veriləcəyini demişdi.
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılan istintaqla şikayətçilərlə müqavilə bağlayan şirkətin rəhbəri Rövşən Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib.
İstintaq orqanı zərərçəkmişlərin hələ də şikayətçi olması və prosesin gedişinə maneə yaranmaması üçün iş adamının sərbəst qalmasına razılıq verməyib. Zərərçəkənlərə dəymiş ziyan yarım milyon manata yaxın qiymətləndirilir.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə R.Mehdiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, R.Mehdiyev dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən "Caspian Energy Club"un Qırğızıstan nümayəndəliyinin də sədridir. Bu barədə mediada çox sayda məlumat yayılıb. O, 20 ildir biznes fəaliyyəti ilə məşğuldur. Çində "Falson", Qırğızıstanda "Brok Magistr", Türkiyədə "AEMİ" şirkətlərinin rəhbəridir. Mehdiyev 2022-ci ildə Azərbaycanda "Union Logistika" şirkətini yaradıb.
Oxşar xəbərlər
Elçilikdə "yox" cavabı alan kişi DƏHŞƏT SAÇDI - TƏFƏRRÜAT
Xaçmazda ana və qızını avtomobil vurub. BAKU.WS Baku TV-yə istinadən məlumat verir ki, hadisə rayonun Qusarçay kəndində baş verib. Ailə başçısı Bəhərçin Kərimov...