Azərbaycanda şirkətlərdən birində milyonluq yeyinti ÜZƏ ÇIXDI - HƏBS EDİLƏNLƏR VAR
Elektrik və enerji paylama sistemləri sahəsində fəaliyyət göstərən topdansatış və mühəndislik şirkəti "Aktiv Enerji"də böyük miqdarda mənimsəmə faktı aşkarlanıb.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, şirkətdən daxil olmuş şikayət əsasında prokurorluqda cinayət işi başlanıb.
Araşdırma nəticəsində şirkətin maliyyə şöbəsinin direktor müavini Rüfət Şəmsiyev, şirkətin kassaya cavabdeh operatorları Asim Əliyev, Vüsal Ağayev və Suğra Quliyeva cinayət məsuliyyətinə cəlb olunublar. Onlardan R.Şəmsiyev və Asim Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaqla müəyyənləşib ki, adları qeyd edilənlər avadanlıqların satışı nəticəsində əldə olunmuş 1 milyon manatdan artıq pulu şəxsi mənafeləri üçün mənimsəyiblər.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda) maddəsi ilə yekun ittiham verilib. Bu maddənin sanksiya həddi 10 ildən 14 ilə qədər həbsdir.
Oxşar xəbərlər
Goranboyda həkim qadının meyiti göldən tapıldı
Goranboy rayonunda göldə qadın meyiti aşkarlanıb. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Səfikürd kəndi ərazisində...