Azərbaycanda QƏRİBƏ OLAY: Qızı şikayət etdi, direktorun 100 minlik yeyintisi üzə çıxdı
01
noy
2025
14:12
Mil-Muğan Regional Təhsil İdarəsi Sabirabad rayonu Vüqar Həsənov adına Muğangəncəli kənd tam orta məktəbində araşdırma aparıb.
BAKU.WS unikal.az-a istinadən xəbər verir ki, araşdırmalar nəticəsində məktəbin direktoru Afiq Quliyev işdən çıxarılıb.
Məlum olub ki, direktor barəsində şikayəti öz qızı verib. Araşdırmalar məktəbdə adı olub, özü olmayan işçilər barəsində başlayıb. Sonradan direktorun külli miqdarda yeyinti etdiyi üzə çıxıb. Onun 100 min manata yaxın olduğu iddia edilir.
A.Quliyevin vəzifəsi müvəqqəti icra etməsi üçün onun müavininə verilib.
Oxşar xəbərlər
Gənc oğlanın meyiti evin həyətində aşkarlandı
Biləsuvar rayonunda kişi meyiti tapılıb. BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb. Belə ki, səhər saatlarında kən...