Azərbaycanda insan alverinin təbliğatına görə 124 teleqram, instaqram və tiktok hesabı BAĞLANIB
Bu il insan alverinin təbliğatı ilə məşğul olan 124 teleqram, instaqram və tiktok hesabı bağlanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov Milli Məclisin bugünkü plenar iclasında 2024-cü ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatı təqdim edərkən deyib.
Onun sözlərinə görə, informasiya texnologiyalarının tətbiqi ilə törədilmiş 44 müvafiq cinayət aşkarlanıb və cinayət işi başlanılıb:
"Eyni zamanda insan alverinin təbliğatı ilə bağlı məşğul olan 156, cari ilin ötən dövründə isə 124 teleqram, instaqram və tiktok hesabı bağlanıb".
Milli Koordinator həmçinin bildirib ki, ötən il insan alveri qurbanı olmuş 91 nəfərin hamısı Azərbaycan vətəndaşı olub:
"2024-cü ildə Kipr və Qvatemalada üç Azərbaycan vətəndaşı insan alverində təqsirləndirilərək həbs edilib. Eyni zamanda Azərbaycana readmissiya edilən şəxslərdən birinin Yunanıstanda insan alverinin qurbanı olduğu müəyyənləşib".
Oxşar xəbərlər
Bakıda bayram tonqalı yanğına səbəb oldu
Bakının Xətai rayonu ərazisində bayram tonqalı yanğına səbəb olub. Hadisə şahidlərinin BAKU.WS-in "qaynar xətti"nə verdikləri məlumata görə, Əhmədli Şirvani 2 ü...