Azərbaycanda Əməkdar həkim VƏFAT ETDİ
Uzun illər müxtəlif xəstəxanaların baş həkimi işləmiş Əməkdar həkim Vaqif Cəfərov vəfat edib.
BAKU.WS Ölkə.az-a istinadən xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Vaqif Cəfərov 1995-1998-ci illərdə M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin baş həkimi, 1998-2005-ci illərdə Respublika Klinik Xəstəxanasının baş həkimi, Yasamal Səhiyyə şöbəsinin müdiri, Xalq Təbabəti Mərkəzinin direktoru vəzifələrində işləyib. Səhiyyə Nazirliyinin kollegiya üzvü olub.
2000-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə Əməkdar həkim fəxri adına layiq görülüb.
Oxşar xəbərlər
Naxçıvanda ağır qəza: 6 nəfər xəsarət alıb
Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır kəndi ər...