Azərbaycan gömrükçüləri külli miqdarda brilyant qaş aşkar edib
Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbayca gələn vətəndaşdan külli miqdarda brilyant qaş aşkar olunub.
Bu barədə BAKU.WS-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilib ki, komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının əl yükünə stasionar rentgen qurğusunda baxış keçirilib.
Gömrük nəzarəti zamanı monitorda şübhəli cizgilər müşahidə olunduğundan əl yüklərinə gömrük yoxlaması tətbiq edilib.
Gömrük yoxlaması zamanı vətəndaşa məxsus çantanın astarının altından, ümumilikdə 547.7 karat brilyant qaş aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Şahbuzda ağır yol qəzasında 3 nəfər ölüb, 9 nəfər yaralanıb
Şahbuzda ağır yol qəzası olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Gömür kəndində baş verib. Dağlıq ərazidə hərəkətdə olan "Toyota Prado"...