Azərbaycan gömrükçüləri 2 kiloqram metamfetamin aşkar edib
İrandan Biləsuvar gömrük buraxılış məntəqəsi vasitəsilə Azərbaycana daxil olan yük nəqliyyat vasitəsinə rentgen qurğusunun tətbiq edilməsi ilə həyata keçirilən gömrük baxışı zamanı və digər kompleks tədbirlər nəticəsində avtomobilin yanğınsöndürmə balonundan gömrük nəzarətindən gizlədilən, ümumi təqribi çəkisi 2 kiloqram olan psixotrop maddə - metamfetamin aşkar edilib.
BAKU.WS bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, qaçaqmalçılıqda şübhəli bilinən sürücü və ölkə ərazisində cinayətin iştirakçısı olan digər şəxs saxlanılıb.
Faktla bağlı Komitənin Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Zaqatalada qəzaya düşdükdən 5 gün sonra xəstəxanada ölən Tunarın FOTOLARI
Avqustun 14-də Zaqatalada baş verən qəzada ağır yaralanan 17 yaşlı Tunar Rizvan oğlu Ramazanov ötən gün vəfat edib. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Z...