Azər Zahidin şikayəti rədd edildi
"TikTok" əməliyyatı ilə həbs edilən aparıcı Azər Zahid və digərləri həbs qərarından narazıdır.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində əvvəlcə A.Zahidin şikayətinə baxılıb.
Qumar oyunlarının təşkili və cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında ittiham olunan aparıcı barəsindəki qərarın ləğv edilərək sərbəst buraxılmasını istəyib.
Amma yuxarı instansiya məhkəməsi aparıcının dediklərini əsaslı hesab etməyib, Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın 4 aylıq həbs qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.
Eyni gündə narkotik cinayəti ilə əlaqədar saxlanılan digər tiktokçuların da şikayətinə baxılıb.
"Magerramoff" adı ilə tanınan Əmrah Məhərrəmovun və Nuh Məmmədovun hüquqlarını müdafiə edən vəkil Yusif Seyfəlov deyib ki, müvəkkilləri barəsindəki həbs qərarından verilmiş apellyasiya şikayətləri təmin edilməyib.
Tiktokçulardan yalnız Zəhra Abbasovanın şikayəti qismən təmin edilib. Onun barəsindəki həbs qərarı ev dustaqlığı ilə əvəz edilib. Zəhra məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, "TikTok"da əxlaqsızlığın təbliğinə qarşı əməliyyat polis tərəfindən keçirilib. Saxlanılan şəxslər müxtəlif cinayətlərdə təqsirləndirilirlər.
Oxşar xəbərlər
Ölüm xəbəri yayılan aktyor REANİMASİYADADIR
"Ölüm xəbəri yayılan tanınmış aktyor Azər Baxşəliyev hazırda komadadır". Bu barədə Oxu.az-a onun həmkarı İlkin Həsəni məlumat verib. O bildirib ki, hazırda Azər...