Avtobusdan düşən 57 yaşlı qadını maşın vurub öldürdü
27
iyn
2025
12:42
Lənkəran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Girdəni kəndi ərazisində qeydə alınıb.
"Mercedes-Benz" markalı avtomobil idarəetməni itirərək sərnişin avtobusundan düşüb yolu piyada keçmək istəyən rayon sakini, 1968-ci il təvəllüdlü Ruhəngiz Ağahəsən qızı Babayevanı vurub.
R.Babayeva xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Şahbuzda ağır yol qəzasında 3 nəfər ölüb, 9 nəfər yaralanıb
Şahbuzda ağır yol qəzası olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Gömür kəndində baş verib. Dağlıq ərazidə hərəkətdə olan "Toyota Prado"...