Avtobusda sürücünün telefonunu götürüb qaçan sərnişin saxlanılıb
28
dek
2025
13:45
Paytaxtın Nəsimi rayonunda soyğunçuluq hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, günorta saatlarında naməlum şəxs sərnişin qismində 54 saylı xətt üzrə hərəkət edən avtobusa daxil olaraq sürücünün mobil telefonunu talayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı S.Quluzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla həmin şəxsin avtobusa sərnişin qismində daxil olduğu və anidən yanında dayandığı sürücünün mobil telefonunu götürərək qaçdığı məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Türkiyədə aktyor evində ölü tapılıb
Türkiyənin İstanbul vilayətində məşhur aktyor Serhat Mustafa Kılıç evində ölü tapılıb. BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata...