Astarada qatar 34 yaşlı şəxsi vurub
Astarada qatarın vurduğu piyada əməliyyatdan çıxıb və reanimasiya şöbəsinə yerləşdirilib.
BAKU.WS APA-ya istinadən bildirir ki, əməliyyat zamanı 34 yaşlı M.Quliyevin bir ayağının barmaqları, digər ayağının topuqdan aşağı hissəsi amputasiya olunub.
Hazırda onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir
***09:00
Astarada qatar piyadanı vurub.
BAKU.WS APA-ya istinadən bildirir ki, hadisə Qamışoba kəndində, dəmir yolu stansiyasına yaxın ərazidə baş verib.
Astara rayonunun Şahağacı kənd sakini, 1990-cı il təvəllüdlü Məhərrəm Ağaboli oğlu Quliyev dəmir yolu xətti keçidində qatarın qarşısına çıxıb və qatar onu vurub.
Əsasən, ayaqlarından ağır travma alan şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıtda zəhərlənən 21 şagird xəstəxanadan evə buraxılıb
Sumqayıtda 36 nömrəli məktəbdə zəhərlənən 21 şagird xəstəxanadan evə buraxılıb. BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bi...