Arif Babayevdən yazan Gülay Zeynallı: "Xeyir-duamı siz verdiniz"
01
avq
2025
12:34
Müğənni Gülay Zeynallı sosial şəbəkədə mərhum Xalq artisti Arif Babayevlə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, o şəxsi instaqram hesabında sənətkarla son görüşlərindən birində çəkilən fotonu paylaşaraq onun vəfatına görə kədərlənditini qeyd edib:
"Mənim ustad müəllimim Allah sizə rəhmət etsin! Sizin üçün çox darıxacam. Sənət tərbiyəmi siz verdiniz. Xeyir-duamı siz verdiniz. Ustad, yeriniz cənnət olsun!".
Xatırladaq ki, 87 yaşlı Xalq artisti bu gün saat 06:00 radələrində ürək çatışmazlığından dünyasını dəyişib. O Fəxri Xiyabanda dəfn olunacaq.
Oxşar xəbərlər
Kütləvi dava zamanı törədilən qətldə şübhəli bilinən iki nəfər həbs olundu
Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirməkdə və cinayətkar birlik yaratmaqda şübhəli bilinən şəxslərdən iki nəfər barəsində qərar...