İmişlidə Araz çayında batan yeniyetmənin meyiti tapıldı
İmişlidə Araz çayında batan yeniyetmənin meyiti tapıldı
BAKU.WS xəbər verir ki, Araz çayının İmişlinin Göbəktala kəndindən keçən hissəsində batan şəxsin meyiti sudan çıxarılıb.
Oxu.Az xəbər verir ki, o, İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Süleyman Cahangirlinin meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
*** 16:23
Araz çayının İmişli rayonu, Göbəktala kəndindən keçən hissəsində bir nəfər batıb.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata əsasən, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Oxşar xəbərlər
Zərdabda otbağlayan aqreqatın təkərinin altında qalan azyaşlı ölüb
Zərdabda 3 yaşlı uşaq ehtiyatsızlığın qurbanı olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qoruqbağı kəndində qeydə alınıb. Belə ki, 2023-cü...