Aptekdə satıcını bıçaqla hədələyib 500 manatını aldılar - VİDEO
Oğuz şəhərində yerləşən apteklərin birində quldurluq hadisəsi qeydə alınıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə bildirilib ki, naməlum şəxs həmin yerdə çalışan qadın satıcını kəsici alətlə hədələyərək kassada olan 500 manat pulu talayaraq ələ keçirib.
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən Ramin Məmmədov saxlanılıb. Ondan cinayətdə istifadə etdiyi kəsici alət maddi sübut kimi götürülüb. Araşdırmalarla saxlanılan şəxsin avtobusdan da pul oğurladığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, R.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Yeni qalmaqal: Dəniz Əsədovanı hansı tanınmışın vəkili həbs etdirib?
Müğənni Dəniz Əsədova mətbuatda onun müğənni həmkarı Afət Fərmanqızı tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilməsi ilə bağlı verilən informasiyaya mü...