"TikTok"da yarış təşkil edən Azər Zahid və Rövşən Təhməzovun həbs müddəti uzadılıb
Polis tərəfindən "TikTok" əməliyyatlarında saxlanılan aparıcı Azər Zahidin həbs müddəti uzadılıb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, bu gün Nərimanov rayon Məhkəməsində bununla bağlı təqdimata baxılıb.
Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Azər Zahid barəsində həbs qətimkan tədbirinin üç ay müddətinə uzadılması barədə qərar çıxarılıb.
"Roshka" ləqəbli tiktoker Rövşən Təhməzovun barəsində seçilmiş həbs qətimkan tədbirinin də müddəti uzadılıb. Nərimanov rayon Məhkəməsində hakim Hafiz Kamranovn sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, onun da həbs müddəti üç ay uzadılıb.
Oxşar xəbərlər
"Azəriqaz" 10 İL ƏVVƏL ÖLMÜŞ ADAMA cərimə yazıb
"Azəriqaz" İstehsalat Birliyi vətəndaşa 3 444.4 manat məbləğində borcun ödənilməsi üçün akt tərtib edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, iddiaçı tərə...