ANAMA-nın əməkdaşı Xocalıda minaya düşüb
18
fev
2026
11:45
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 2000-ci il təvəllüdlü Vasif Fizuli oğlu Çobanov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.
BAKU.WS xəbər verir ki, hadisə fevralın 18-də işğaldan azad edilmiş Xocalı rayonunun Muxtar kəndi ərazisində qeydə alınıb.
Bildirilib ki, ANAMA-nın əməkdaşı hadisə nəticəsində sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb. V.Çobanov rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
Oxşar xəbərlər
Azərbaycanda kişi qəbirdaşındakı yazıya görə yeznəsini məhkəməyə verdi
Azərbaycanda kişi bacısının ərini qəbirdaşına görə məhkəməyə verib. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə Ağcabədi rayonu ərazisində baş verib. Ağca...