Aktyor Möylə Mirzəliyevin vəziyyəti kritik-ağırdır, tənəffüs reabilitasiyası alır
07
mar
2025
16:49
Aktyor Möylə Mirzəliyevin vəziyyəti kritik-ağırdır, tənəffüs reabilitasiyası alır.
BAKU.WS xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Yeni Klinikadan bildirilib.
Qeyd edilib ki, aktyor hazırda klinikanın reanimasiya şöbəsində müalicə alır və vəziyyəti kritik-ağırdır: "Diabetik angiopatiya ilə əlaqədar amputasiya olunan xəstənin böyrəklərində də zədə qeydə alınıb".
Qeyd edək ki, M.Mirzəliyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aparıcı aktyorudur.
O, bir neçə gün öncə əməliyyat olunub. Əməliyyatdan sonra hərəkət qabiliyyətini itirib.
Oxşar xəbərlər
Onlayn narkotik satanlar həbs edildilər
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də məhkum olu...