Ağsuda xarici ölkələrə viza düzəltmək adı ilə vətəndaşları aldadan şəxs tutuldu
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş 28 yaşlı Əsəd Əsədzadə saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, o, zərərçəkmişləri işlə təmin edəcəyinə və xarici ölkələrə getmək üçün viza alacağına dair yalan vədlər verərək aldadıb.
Araşdırmalarla saxlanılan şəxsin paytaxtda da analoji cinayətlər törətdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ə.Əsədzadə barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Gənc oğlanın meyiti evin həyətində aşkarlandı
Biləsuvar rayonunda kişi meyiti tapılıb. BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb. Belə ki, səhər saatlarında kən...