Ağsuda dələduzluq edən "vəzifəli şəxs" həbs olundu
03
dek
2025
12:08
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə dələduzluqla vətəndaşların maddi vəsaitini ələ keçirən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı Qadir Piriyev saxlanılıb.
BAKU.WS xəbər verir ki, Piriyev özünü vəzifəli şəxs kimi təqdim edərək, müxtəlif yalan vədlərlə zərərçəkmişlərin onun bank kartına pul göndərməsinə nail olub.
Q.Piriyev barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və o, 23 sutka inzibati qaydada həbs olunub.
Oxşar xəbərlər
Sakinləri narahat edən "Limon turşusu" adlı səhifənin iştirakçıları həbs olundu
Paytaxtın Səbail rayonu ərazisində ictimai qaydanı pozaraq vətəndaşların istirahətinə mane olan, onları narahat edən həvəskar çəkilişlər təşkil etməklə sosial m...