Ağsu Rayon İcra Hakimiyyətinin internet xəttini oğurlamaq istəyən şəxs həbs edilib
Ağsu Rayon İcra Hakimiyyətinin binasına gedən optik internet xətti oğurlanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Ağsu şəhəri, Niyazi Tağızadə küçəsində baş verib. Rayon sakini, 2003-cü il təvəllüdlü Anar Kərimli rayon icra hakimiyyətinin inzibati binasına gedən optik internet kabellərini oğurlayıb satmaq qərarına gəlib. O, buna görə özünə dostlarından birini də köməkçi götürüb. A.Kərimli xüsusi kəsici avadanlıqla həmin əraziyə gələrək Ağsu Rayon İcra Hakimiyyətinin binasına gedən optik xətti kəsib. Kabeli oğurlayan zaman icra hakimiyyətinin gözətçiləri ilə rastlaşdığından əməllərini sona çatdıra bilməyib, ərazidən qaçıblar.
A.Kərimli Ağsu Rayon Polis Şöbəsinə dəvət olunsa da, polisə tabesizlik göstərib.
İş məhkəməyə göndərilib və A.Kərimli 15 sutka həbs edilib.
Oxşar xəbərlər
Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb
12 iyul 2026-cı il tarixində Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində batan 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun meyi...