Ağstafadan Bakıya gələn sürət qatarına ZİYAN DƏYDİ

Ağstafadan Bakıya gələn sürət qatarına ZİYAN DƏYDİ
Hadisə 312

Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən sürət qatarına ziyan dəyib.

Bu barədə Oxu.Az-a sərnişinlərdən biri məlumat verib.

Sərnişin qeyd edib ki, Ağstafadan Bakıya gələn zaman qatar təxminən 13 dəqiqə yubanıb.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev bildirib ki, qatarın qarşısına qəfil heyvan çıxması və toqquşma nəticəsində qatara ziyan dəyib:

"Ümumiyyətlə, sahibsiz buraxılan mal-qara qatarların hərəkətinə ciddi təhlükə yaradır.

Ötən il ADY-yə məxsus qatarlar sahibsiz buraxılmış təsərrüfat heyvanları ilə 43 dəfə toqquşub. Nəticədə qatarlara ziyan dəyir, heyvanlar tələf olur, qrafikdə gecikmələr yaşanır, maşinist təcili tormozlama etməli olur ki, bu da qatar heyətinin və sərnişinlərin həyatını riskə atır. Bundan başqa, bəzi heyvan sahibləri mal-qaranı dəmir yolundan keçirmək üçün hasarları sökürlər və bu da təhlükəsizliyə ciddi təhlükə yaradır", - məlumatda deyilir.

Oxşar xəbərlər

Ucarda sahibsiz itlər 61 yaşlı sakinə hücum etdilər

Ucarda sahibsiz itlər 61 yaşlı sakinə hücum etdilər

Ucar rayonunda sahibsiz itlərin hücumu nəticəsində 61 yaşlı sakin xəsarət alıb. Hadisə rayonun 28 May küçəsi ərazisində qeydə alınıb. Zərərçəkən Rəhman Əsgərov...

16 Hadisə 23:48 24 dekabr 2025

Son xəbərlər