Ağır qəzada xəsarət alan ANAMA əməkdaşı 4 gün sonra vəfat etdi: Qardaşı hadisə günü ölmüşdü
Beyləqanda baş verən qəza zamanı ağır xəsarət alan qardaşlardan biri də xəstəxanada ölüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, oktyabrın 13-də Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində baş verən qəza zamanı ağır xəsarət alanlardan biri - 1999-cu il təvəllüdlü Ülvi Bariz oğlu Həşimov paytaxtda müalicə olunduğu müddətdə həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.
Xatırladaq ki, qəzada ağır xəsarət almış ANAMA əməkdaşı olan 29 yaşlı Elvin Həşimov həkimlərin göstərdikləri reanimasion tədbirlərə baxmayaraq, xəstəxanada vəfat etmişdi. Xəsarət alan digər 1 nəfərin müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində hamamda dəm qazından zəhərlənənlərdən birinin vəziyyəti orta-ağırdır
Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində aprelin 1-də hamamda dəm qazından zəhərlənən 6 nəfər (4 oğlan, 2 qız) bu gün saat 15:00 radələrində yenidən...