Ağdamda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu
Aǧdamda narkotik vasitə qəbul edərək avtomobil idarə edən sürücü inzibati qaydada həbs olunub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində VAZ-2106 markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Məmmədhüseyn Həsənova "saxla" işarəsi verilib. Araşdırma zamanı onun narkotikin təsiri altında avtomobil idarə etdiyi müəyyən edilib.
M.Həsənov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənun qərarına əsasən, o, 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Oxşar xəbərlər
Dayısının həyat yoldaşını öldürən yeniyetmənin axtarışları davam etdirilir
Cəlilabadda dayısının həyat yoldaşını öldürən yeniyetmə hadisə yerindən qaçıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Anar Əzizovun psixoloji problemlərini...