Ağdamda bağça müdiri rüşvətə görə həbs edildi
Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağdam rayonu, Dördyol qəsəbə-2 uşaq bağçasının rüşvətalmada təqsirləndirilən sabiq müdiri Kəmalə Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə K.Quliyeva 4 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, K.Quliyeva əvvəllər də oğurluğa görə məhkum edilib və ona Xətai Rayon Məhkəməsinin hökmü ilə 1 il 2 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
İttihama görə, K.Quliyeva tələbə yoldaşı və rəfiqəsi olan Dilguşə İmanovadan onun həyat yoldaşını işə düzəltmək məqsədilə 2 min 300 manat rüşvət alıb. Daha sonra verdiyi sözə əməl etmədiyi üçün D.İmanovanın həyat yoldaşı bu barədə hüquq-mühafizə orqanlarına şikayət edib.
Oxşar xəbərlər
Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi
Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs edilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki h...