Ağdamda avtomobil ağaca çırpılıb, ölən və yaralı var

Ağdamda avtomobil ağaca çırpılıb, ölən və yaralı var
Hadisə 104

Ağdam rayonu ərazisində iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib.

Belə ki, "KİA" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı avtomobildə olan Musayev Cavid Əli oğlu və Abdullazadə İlkin Zamiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq Musayev Cavidin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı

Özbəkistan vətəndaşı hoteldə ölü tapıldı

Naftalana istirahətə gələn kişi ölüb. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Naftalan şəhərində yerləşən hotellərdən birində qeydə alınıb. Belə...

105 Hadisə 23:57 17 sentyabr 2026

Son xəbərlər