Ağcabədidə qardaşın 16 yaşlı bacısını öldürməsinin TƏFƏRRÜATI
Ağcabədidə 16 yaşlı bacısı Fidan Mamedovanı öldürən 2007-ci il təvəllüdlü Tahir Mamedovun məhkəmə prosesi başa çatıb.
BAKU.WS Teleqraf.az-a istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 19 yaşlı təqsirləndirilən şəxs 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Tahir Mamedov məhkəmədə ifadə verməkdən imtina edib. O, ibtidai istintaqa verdiyi ifadəsində bacısını "Instagram" sosial şəbəkəsində başqa şəxslə yazışmasına, həmin adama foto göndərməsinə görə öldürdüyünü bildirib.
Hadisə vaxtı bacısına bir bıçaq zərbəsi vuraraq onu həyatdan məhrum edən Tahir Mamedov törətdiyi əməldən peşman olduğunu bildirib.
Qeyd edək ki, hadisə ötən il sentyabrın 5-də Ağcabədi rayonunun Pərioğullar kəndində baş verib. Tahir Mamedov bir ay sonra hərbi xidmətə yollanmalı imiş.
Oxşar xəbərlər
Bilgəh çimərliyində faciə: Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı
Bakının Bilgəh qəsəbəsində dənizdə bədbəxt hadisə baş verib. Çimməyə gedən dörd dostdan ikisi suda batıb. Batan gənclərdən birinin meyiti dostları tərəfindən su...